Əhaliyə XƏBƏRDARLIQ - Hər şey gözlənilə bilər

Əhaliyə XƏBƏRDARLIQ - Hər şey gözlənilə bilər
Dünya 127

8 dekabrda Günəşdən ayrılan plazma kütləsi Yerə çatıb və maqnit fırtınalarına səbəb olub.

BAKU.WS Rusiyanın Günəş laboratoriyasına istinadən xəbər verir ki, qasırğa Bakı vaxtı ilə saat 02:40-da başlayıb.

"7 və 8 dekabrda Günəşdən ayrılan iki plazma atılmasından ikincisi gözlənilmədən planetə doğru gəlib", -deyə məlumatda bildirilib.

Alimlər uzunmüddətli proqnoz verməyib, çünki bu plazmanın gəlişi modellərdə əks olunmayıb. Lakin güclü fırtınalar gözlənilmir.

"Lakin, dekabr ayı ərzində Günəşdə hər şey səhv gedib və hər şey gözlənilə bilər... Səhər bunun şiddəti aydın olacaq", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər