Əfsanəvi aktyor və həyat yoldaşı evlərində ölü tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Oskar mükafatlı Hollivud aktyoru Cin Hekman (95) və həyat yoldaşı, klassik pianoçu Betsy Arakava (63), Nyu-Meksikonun Santa-Fe şəhərindəki evlərində ölü tapılıb.
BAKU.WS xəbər verir ki, bu barədə haber global məlumat yayıb.
Santa-Fe Şerifi Adan Mendoza cütlüyün və ev heyvanlarının öldüyünü təsdiqləyib. Yerli mediaya görə, ölüm səbəbi açıqlanmasa da, cinayət ehtimalı olmadığı bildirilib.
Qeyd edək ki, Cin Hekman 30 yanvar 1930-cu ildə Kaliforniyada anadan olub. Karyerasına 1956-cı ildə başlayan aktyor, "Bonnie and Clyde", "Superman", "The French Connection" və "Unforgiven" kimi məşhur filmlərdə rol alıb. O, 2004-cü ildə aktyorluqdan ayrılaraq sakit bir həyat sürməyə qərar vermişdi.
1991-ci ildə Betsy Arakava ilə evlənən aktyor üç övlad atası idi.
Oxşar xəbərlər
Fransada tətil Paris–London qatar reyslərini pozdu
Fransada dəmir yolu işçilərinin tətili səbəbindən "Eurostar"ın Paris–London xəttində azı beş qatar reysi ləğv edilib. BAKU.WS "Haber Global"a istinadən xəbər ve...