Dünyada zibil atmağa görə cərimələr artırılır

Dünyada ətraf mühitin qorunması və ictimai təmizliyin təmin olunması üçün zibil atmağa görə sərt cərimələr tətbiq olunur. Müxtəlif ölkələrdə və şəhərlərdə fərqli məbləğlərdə cərimələr nəzərdə tutulub və pozuntuların qarşısını almaq üçün nəzarət sistemləri gücləndirilir.
BAKU.WS xəbər verir ki, Sinqapurda zibil atan şəxslər ilk dəfə 300 Sinqapur dolları (375 manat) cərimələnir, təkrarlanan hallar üçün bu məbləğ 1000 S$-a (1250 manat) qədər yüksəlir. Təkrarlanan pozuntularda şəxslər ictimai təmizlik işlərinə də cəlb edilə bilər. Avstraliyanın Sidney şəhərində isə cərimələr 80-250 dollar (136-425 manat) arasında dəyişir, böyük həcmdə zibil atanlara isə 5500 dollaradək (9350 manat) cərimə tətbiq olunur.
Hindistanda Mumbayda zibil atmaq 14 dollar (24 manat) civarında cərimələnir, Nashikdə isə 10,000 (200 manat) rupiədək cərimələr mövcuddur. Eyni zamanda Nashikdə açıq ərazilərdə zibil yandırmaq 5,000–25,000 rupi (100-500 manat) arasında cərimə olunur.
Vadoaderada isə anti-zibil kampaniyaları çərçivəsində ay ərzində 24-25 lakh rupiyə (48000 manat) qədər cərimələr yığılıb. Goada isə zibil atmağa görə maksimum 3 lakh rupiyə (6000 manat) qədər cərimə tətbiq edilir.
Kanadada Toronto şəhərində cərimələr 365 dollarla (620 manat) başlayır, böyük pozuntularda isə 5000 dollaradək (8500 manat) arta bilər. Birləşmiş Krallıqda isə cərimələr 35–450 funt (73-945 manat) arasında dəyişir, təkrarlanan pozuntularda bu məbləğ 750 funtadək (1575 manat) yüksəlir.
Rəsmi mənbələr bildirir ki, bu cərimələr yerli hökumətlərin ictimai yerlərin təmizliyini qorumaq və ətraf mühiti müdafiə etmək siyasətinin bir hissəsidir.
Oxşar xəbərlər
ABŞ-də 5 yaşlı qız uşağı uşaqların hücumuna məruz qaldı
ABŞ-nin Ohio ştatı, Klivlend şəhərində 5 yaşlı qız uşağı A'Mari uşaqlar qrupu tərəfindən hücuma məruz qalıb. BAKU.WS xəbər verir ki, hadisə zamanı uşaqlar qızı...
