Dünya Bankı: Ukraynanın bərpası 588 milyard dollara başa gələcək
Ukraynanın müharibədən sonrakı bərpası üçün xərclər 10 il ərzində təqribən 588 milyard dollar təşkil edə bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki,bu, Dünya Bankı, BMT, Avropa Komissiyası və Ukrayna hökuməti tərəfindən birgə hazırlanan hesabatda qeyd olunub.
Bildirilib ki, 2025-ci il dekabrın 31-nə olan qiymətləndirmələrə görə, Ukraynanın bərpasının tam dəyəri 10 il ərzində təxminən 588 milyard dollar təşkil edəcək. "Bu məbləğ Ukraynanın 2025-ci il üzrə nominal ümumi daxili məhsulunu (ÜDM) təxminən üç dəfə üstələyir" , - hesabatda açıqlanıb.
Nəqliyyat sahəsində bərpa xərcləri 96 milyard dollar, energetika sahəsində təqribən 91 milyard dollar, mənzil sahəsində təqribən 90 milyard dollar, ticarət və sənaye sahələrində 63 milyard dollardan çox, kənd təsərrüfatı sahəsində isə 55 milyard dollardan artıq hesablanır.
Hesabat müəllifləri qeyd ediblər ki, minalardan təmizlənməyə 28 milyard dollara qədər vəsait tələb oluna bilər.
Oxşar xəbərlər
Netanyahu: İran İsrailə hücum etsə, Təl-Əvivin sərt cavabı ilə üzləşəcək
İsrail heç vaxt bu qədər güclü olmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "ABŞ ilə ittifaq heç vaxt...