"Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib
Moskvada "Crocus City Hall" konsert kompleksindəki terror aktını törədənlərlə əlaqəsi olduğu müəyyən edilən 5 şübhəli haqqında İstanbulda məhkəmə işi açılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
İstanbul Baş Prokurorluğunun Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən hazırlanan ittihamnamədə təqsirləndirilən şəxslərin Moskvada terror aktını törədənlər ilə əlaqə saxladıqları qeyd edilib.
İttiham aktında təqsirləndirilən şəxslər Hofizjon Usmonov, Muteullo Asoev, Rahmatullo Salikov, Muhammadrahim Faizov və Hamza Muhammedin "silahlı terror təşkilatına üzv olmaq" cinayətinə görə 7,5 ildən 15 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.
İstanbul 25-ci Ağır Cəza Məhkəməsi iddianaməni qəbul edib.
Oxşar xəbərlər
Tramp: Hörmüz boğazından keçidə görə ödənişləri yalnız Vaşinqton tətbiq edə bilər
Hörmüz boğazından gəmiçilik ABŞ və İran arasında atəşkəs dövründə və yekun razılaşma əldə edildikdən sonra ödənişsiz olacaq. BAKU.WS "Report"a istinadən xəbər v...