Co Baydenin xərçəngi sümüklərə yayılıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin keçmiş prezidenti Co Baydenin prostat xərçənginin sümüklərə və digər orqanlara yayıldığı açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baydenin oğlu Hanter Bayden BBC News-a müsahibəsində danışıb.
Hanter Bayden atasının səhhətinin ağır olduğunu və xəstəliyin sümüklərə, daha sonra isə digər orqanlara yayıldığını bildirib.
"Bunu görmək çox ağırdır. Onun əziyyət çəkdiyini görmək çox kədərlidir", - deyə Hanter Bayden bildirib.
O, xəstəliyin "sümüklərə və daha da irəliyə metastaz verdiyini" qeyd edib. Hanter Bayden atasının vəziyyətini "çox ağrılı" və "yorucu" kimi xarakterizə edib.
Hanter həmçinin atasının ailənin "mərkəzi" olduğunu vurğulayaraq onu ən yaxşı ata, həyat yoldaşı və baba adlandırıb.
"Atamın səhhəti ilə bağlı deyə biləcəyim yeganə şey budur ki, kaş o, daha çox şikayətlənəydi", - deyə o əlavə edib.
Qeyd edək ki, 2025-ci ildə Co Baydenə prostat vəzinin aqressiv xərçəngi diaqnozu qoyulub. Xəstəliyin həmin vaxt sümüklərə metastaz verdiyi açıqlanmışdı. Şişin hormonlara həssas olduğu bildirilmiş və bunun müalicə imkanlarını artırdığı qeyd edilmişdi.
Oxşar xəbərlər
Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb
Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidəki üçtərəfli danışıqları bu günlük başa çatıb və noyabrın 11-də...