Can Yamanın bu hərəkətinə görə serialı dayandırıldı

Can Yamanın bu hərəkətinə görə serialı dayandırıldı
Video
Dünya 397

Fəaliyyətinə İtaliyada davam edən aktyor Can Yamanın bir müddət əvvəl verdiyi açıqlama başına bəla olub.

BAKU.WS xəbər verir ki, həmin açıqlamadan sonra rol aldığı "El Turco" serialının yayımı dayandırılıb.

Ekran işi yayım kanalı olan GAİN tərəfindən dayandırılıb. Buna səbəb kimi isə "Türk millətinə hörmətlə yanaşılmamaq" əsas gətirilib.

"Son vaxtlar "El Turco" serialında rol alan aktyorlardan Can Yamanın verdiyi müsahibədə istifadə etdiyi ifadələr ictimaiyyət arasında tənqidlərə məruz qalıb. GAİN olaraq bu mövzuda bütün fikirlərə və tənqidlərə açıq yanaşdığımızı və xalqın həssaslığını hər zaman nəzərə aldığımızı vurğulamaq istərdik. Bu səbəbdən serialın nümayişini dayandırdıq" - deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, Can Yamanın İtaliyada xarici mediaya verdiyi müsahibələrdən birində onda "İtaliya yoxsa Türkiyə?" deyə sual verilir. Can isə buna "İtaliya" cavabını verir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər

Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər

Kreatin əlavəsi bağırsaq iltihabının beyində yaratdığı zədələnmələri azaltmağa kömək edə bilər. Siçanlar üzərində aparılan araşdırmada bu maddənin yaddaş və öyr...

35 Dünya 23:51 15 oktyabr 2026

Son xəbərlər