Bütün var-dövlətini özündən 33 yaş kiçik həyat yoldaşına vəsiyyət etdi
18
mar
2025
12:38
Məşhur aktyor Nuri Alço bütün var-dövlətini həyat yoldaşına vəsiyyət edib.
BAKU.WS xəbər verir ki, o bu barədə özü bildirib. Aktyor özündən 33 yaş kiçik həyat yoldaşı Burcu Sezginoğlunun hər an onun yanında olduğunu qeyd edib:
"Sadiq həyat yoldaşına rast gəldim. Nə vaxt xəstələnsəm yanımda oldu. O, mənə çox kömək etdi. O olmasaydı, bəlkə də ölmüşdüm. Mən öldükdən sonra hər şeyim həyat yoldaşıma qalacaq".
Səhhəti ilə bağlı tez-tez xəstəxanaya yerləşdirilən 73 yaşlı aktyor ölən zaman nəşinin Teşvikiye məscidində götürlməsini də vəsiyyət edib.
Oxşar xəbərlər
Məkkə sazişi çərçivəsində komitənin növbəti iclası keçiriləcək
Məkkə sazişi çərçivəsində ortaq müdafiə məqsədilə yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin növbəti iclası oktyabrın 5-də Səudiyyə Ərəbistanının paytaxtı...