Britaniya Trampın şərtlərindən birini yerinə yetirə bilmədi

Britaniya Trampın şərtlərindən birini yerinə yetirə bilmədi
Dünya 34

Britaniya ABŞ prezidenti Donald Trampın NATO müttəfiqlərinin müdafiəyə xərcləmələri ilə bağlı tələblərini yerinə yetirə bilməyib.

BAKU.WS xəbər verir ki, bu barədə "The Washington Post" (WP) nəşri məlumat yayıb.

"Böyük Britaniya hökuməti özünün strateji müdafiə icmalında yeni hərbi xərclər tələb etdi, lakin hədəflər hələ də Prezident Trampın NATO müttəfiqləri üçün tələblərinə uyğun gəlmir", - məqalədə deyilir.

Qeyd olunur ki, bu həftə Böyük Britaniyanın baş naziri Keir Starmer çoxdan gözlənilən hərbi xərclər planlarını təqdim edib və Krallığı "döyüşə hazır vəziyyətə gətirəcəyinə" söz verib.

Eyni zamanda, Britaniya hökuməti 12-yə qədər yeni hücum sualtı qayığının tikintisini, altı yeni sursat fabrikinin yaradılmasını və Britaniya istehsalı olan 7000-ə qədər uzaq mənzilli silahın alınmasını əhatə edən "strateji müdafiə icmalı" nəşr edib. İcmal həmçinin qeyd edib ki, Britaniya nüvə başlıqlarını təkmilləşdirmək üçün 20 milyard dollar xərcləməlidir.

Starmer onu da vurğulayıb ki, hökumət növbəti parlament dövründə müdafiə xərclərinə ÜDM-in 3 faizinə çatmağı "məqsəd" olaraq görür.

Eyni zamanda Tramp israr edir ki, avropalı müttəfiqlər öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşısınlar. O, NATO ölkələrini illik müdafiə xərclərini 5 faizə qədər artırmağa çağırıb.

Son xəbərlər