BMT-dəki daimi nümayəndə: İsrail uzunmüddətli perspektivdə Qəzzada qalmayacaq
İsrailin Qəzza zolağını idarə etməyi uzunmüddətli məqsəd kimi hədəfləmir, lakin təhlükəsizliyi təmin etmək üçün bir müddət anklavda qalacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib.
"Qəzzada olmaq bizim uzunmüddətli hədəfimiz deyil. Düşünürəm ki, gələcəkdə təhlükəsizliyi təmin etmək üçün bölgədə qalacağıq, lakin Qəzzada gündəlik həyatı idarə etmək istəyimiz yoxdur", - o deyib.
Danon həmçinin əlavə edib ki, İsrail hakimiyyəti Fələstin anklavında humanitar yardımın paylanmasını nəzarətə götürmək istəmir.
Oxşar xəbərlər
Türkiyədə daha bir sosial media fenomeni saxlanıldı
Türkiyədə məşhur şəxslərlə bağlı aparılan narkotik araşdırması çərçivəsində sosial mediada tanınan Şeyma Subaşı saxlanılıb. BAKU.WS xəbər verir ki, Şeyma Subaşı...