Salyanda AĞIR QƏZA: Beş nəfər xəsarət aldı

Salyanda AĞIR QƏZA: Beş nəfər xəsarət aldı
Hadisə 23

Salyanda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakının Binəqədi rayon sakini, 1985-ci il təvəllüdlü Sərxan Hicran oğlu Tağıyev idarə etdiyi "Volvo" markalı yük maşını ilə hərəkətdə olarkən Neftçala rayonunun Ərəbqardaşbəyli kənd sakini, 1963-cü il təvəllüdlü Əlvan Mikayıl oğlu Kərimovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və VAZ-2107-nin sərnişinləri, Neftçala rayon sakinləri, 1984-cü il təvəllüdlü Şəhla Ağacan qızı Eyniyeva, 2013-cü il təvəllüdlü E.F, 2015-ci il təvəllüdlü E.R müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər