Bloqer Hüseyn Həsənov 4 il qiyabi həbs cəzasına məhkum edilib
Moskvanın Presnenski Məhkəməsi tanınmış bloqer Hüseyn Həsənov barəsində qiyabi hökm çıxarıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, maliyyə vəsaitlərinin leqallaşdırılması (yuyulması) ilə bağlı cinayət işi çərçivəsində o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bununla yanaşı, Hüseyn Həsənov 1 milyon rubl məbləğində cərimələnib və 2 il müddətində internetdə hər hansı məzmun paylaşması qadağan olunub. Həmçinin, dəyəri 46 milyon rubl olan və Moskva-Siti kompleksində yerləşən mənzili dövlət nəfinə müsadirə edilib.
İstintaqın məlumatına görə, bloqer fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə 170 milyon rubldan artıq vergi ödəməkdən yayınıb. Bu faktla bağlı araşdırmalar davam etdirilib.
Oxşar xəbərlər
Bağdad İraq Kürdüstanının Baş nazirinin ofisinə hücumla bağlı İrandan izahat tələb edib
İraqın xarici işlər naziri Fuad Hüseyn İranın İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücumla bağlı rəsmi izahat verməsini istəyib. BAKU....