Bill Qeytsdən ChatGPT ilə bağlı ETİRAF

"Microsoft"un həmtəsisçisi Bill Qeyts aktiv "ChatGPT" istifadəçisi olduğunu etiraf edib.
BAKU.WS xəbər verir ki, bu barədə o, "The Verge" nəşrinə müsahibəsində etiraf edib.
Bill Qeyts süni intellektin ona konkret məsələlərdə izahat verməkdə və mətnlər yazmaqda kömək etdiyini bildirib.
Onun bu açıqlaması mütəxəssisləri təəccübləndirib. Çünki hər kəs Qeytsin tədqiqatçılar və faktları yoxlayanlardan ibarət bir komandaya malik olduğunu düşünür.
Buna baxmayaraq, o, məlumat dəqiqliyi problemi yaşayan "ChatGPT"dən istifadə etməyə üstünlük verir. Bu problemlər, əsasən, çat-botlar və digər böyük dil modelləri (LLM) ilə əlaqələndirilir.
Müsahibədə Qeyts həmçinin "Microsoft"un "OpenAI" ilə çoxmilyardlıq tərəfdaşlığını genişləndirməyin vacibliyini vurğulayıb. O, "Microsoft"un məsləhətçisi olaraq fəaliyyətini davam etdirdiyini və bu sahəyə qoyulan investisiyaların əhəmiyyətini qeyd edib.
Xatırladaq ki, Qeyts 40 illik fəaliyyətdən sonra 2021-ci ildə korporasiyadan ayrılıb.
Oxşar xəbərlər
Danimarkada pensiya yaşı 70-ə qaldırıldı
Danimarka Parlamenti 2040-cı ildən etibarən pensiya yaşının 70-ə yüksəldilməsi ilə bağlı qanun layihəsini qəbul edib. BAKU.WS xəbər verir ki, yeni qərara əsasən...
