Bill Qeyts: Süni intellekt bu üç peşəni əvəzləyə bilməyəcək

Texnologiyanın inkişafı ilə süni intellektin bir çox sahələrdə insan əməyini əvəz edəcəyi gözlənilir.Lakin Microsoft-un həmtəsisçisi Bill Qeyts hesab edir ki, ən azı üç peşə bu risklə üzləşməyəcək.
BAKU.WS ferra.ru-ya istinadən həmin peşələri təqdim edir:
Birinci – proqramçılar. Sİ-nin inkişafına baxmayaraq, məhz insanlar onun necə işlədiyini anlayacaq və mümkün səhvləri düzəldəcəklər. Qeyts bunu belə izah edir: "Bu, kalkulyatorların olması səbəbindən vurma əməliyyatını öyrənməyə ehtiyac olmadığını deməyə bənzəyir".
İkinci – bioloqlar. Süni intellekt DNT analiz edə və diaqnostika prosesini asanlaşdıra bilər, lakin elmi kəşflər üçün insan təfəkkürü və intuisiyası əvəzsizdir.
Üçüncü – energetiklər. Qeytsin fikrincə, enerji sahəsi çox mürəkkəb və çoxşaxəlidir, buna görə də tam avtomatlaşdırma mümkün deyil.
O, həmçinin bildirib ki, süni intellektin inkişafı gələcəkdə insanlara həftədə cəmi 2-3 gün işləməyə imkan verəcək. Qalan vaxt isə yaradıcılıq və istirahət üçün istifadə edilə bilər – əgər texnologiyalar bu imkanları da insanların əlindən almazsa.
Oxşar xəbərlər
Bred Pitt Ancelina Colidən ayrıldıqdan sonra bundan əziyyət çəkib
Hollivud ulduzu Bred Pittlə yeni fakt ortaya çıxıb. BAKU.WS xəbər verir ki, onun keçmiş həyat yoldaşı Ancelina Colidən ayrıldıqdan sonra alkoqol aslılğından əz...
