Belarus Ukrayna ilə müharibəyə hazırlaşır?
Son zamanlar qonşu Belarusun Ukrayna ilə sərhəddə hərbi təlimlərə, əsasən də nüvə təlimlərinə üstünlük verməsi iki ölkə arasında münasibətləri daha da gərgin vəziyyətə gətirib çıxarıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Xüsusilə qarşılıqlı hərbi ritorikanın gücləndiyi ərəfədə Belarus ərazisindən Ukraynaya, xüsusən də bu ölkə ilə sərhəddə yerləşən paytaxt Kiyevə yenidən hücum təhlükəsinin olması ilə bağlı müzakirələr artıb.
Belarus lideri Aleksandr Lukaşenko mütəmadi olaraq müharibəyə hazırlıqla bağlı xəbərdarlıqlar edir. Bu, təkcə Ukrayna ilə yox, Avropa İttifaqı ilə də münasibətdə səslənir.
Litva və Polşa da analoji fikirlər səsləndirir. Bütün bu və digər ssenarilər reallaşarsa, müharibənin coğrafiyası genişlənəcək. Bu, faktiki olaraq paytaxt Kiyevin döyüş poliqonuna çevrilməsi ilə nəticələnəcək.
Oxşar xəbərlər
Bağdad İraq Kürdüstanının Baş nazirinin ofisinə hücumla bağlı İrandan izahat tələb edib
İraqın xarici işlər naziri Fuad Hüseyn İranın İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücumla bağlı rəsmi izahat verməsini istəyib. BAKU....