BƏƏ İranın hücumları başlayandan bəri 341 ballistik raketi zərərsizləşdirib
Yaxın Şərqdə gərginliyin artdığı dövrdə Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə qüvvələri İrandan buraxılan yüzlərlə hədəfi zərərsizləşdirib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, eskalasiya başlayandan indiyədək 341 ballistik raket, 15 qanadlı raket və 1 748 pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Məlumata görə, təkcə martın 21-də İran tərəfindən istiqamətləndirilmiş 3 ballistik raket və 8 PUA hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Hücumlar zamanı xidməti vəzifələrini yerinə yetirən iki hərbi qulluqçu həlak olub. Bundan başqa, Pakistan, Nepal, Banqladeş və Fələstin vətəndaşları olmaqla altı mülki şəxs həyatını itirib.
Rəsmi açıqlamada qeyd olunub ki, hadisələr nəticəsində ümumilikdə 160 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxşar xəbərlər
İran ABŞ-la yeni danışıqlar üçün Livanda atəşkəs şərti irəli sürdü
İran Livanda atəşkəs təmin olunmayana qədər ABŞ ilə sanksiyalar və nüvə proqramı ilə bağlı yeni danışıqlara başlamağı planlaşdırmır. BAKU.WS xəbər verir ki, bu...