Azadlığa buraxılan müğənni: "Günahsız olduğumun ortaya çıxması..."
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror əməliyyatı çərçivəsində saxlanılan müğənni Ercan Saatçi azadlığa buraxılıb.
BAKU.WS xəbər verir ki, sənətçi azadlığa çıxdıqdan sonra ilk dəfə saxlanılması ilə bağlı danışıb.
"İndi nəyisə şərh etməyim, ən azından azadlıqda nəfəs alıram. Günahsız olduğumun ortaya çıxması mənə gözəl əhval-ruhiyyə bəxş etdi" - deyə Ercan Saatçi bildirib.
Xatırladaq ki, 4 gün əvvəl Ercan Saatçi İstanbul Böyükşəhər Bələdiyyəsinin konsertləri ilə bağlı saxlanılmışdı.
O müxtəlif musiqi müsabiqələrində münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
Ömrü 9,7 il uzadan idman növü AÇIQLANDI
Tennis oynamağın insan ömrünün daha uzun olması ilə əlaqəli olduğu müəyyən edilib. BAKU.WS xəbər verir ki, "Men Today" nəşrinin məlumatına görə, Danimarkada apa...