Aydan Şener: "Zorakılığın artmasında serialların rolu var"
Məşhur aktrisa Aydan Şener Kocaelidə keçirilən kitab sərgisində iştirak edib.
BAKU.WS xəbər verir ki, illərin sənətkarı son zamanlar Türkiyədə artan qadın cinayətlərinə diqqət çəkib.
O bildirib ki, bu halların yaşanmasına səbəb Türkiyədə yayımlanan seriallardır:
"Təbii ki, hamısına baxa bilmərəm, amma son vaxtlar "Deha"ya baxıram. Aras Bulut İynemli, Taner Ölmez, UğurPolatı çox bəyənirəm. İndiki serialların çoxu köhnə film və seriallarımızın bir az fərqli formasıdır. Sevmədiyim odur ki, indiki seriallarda çox qışqırıq və səs-küy var.
"Üç Kız Kardeş" serialında aktyorlara "Niyə bu qədər qışqırırsınız?" - deyə sual verdim. Onlar "Rejissor belə istəyir" dedilər. Silahların, mafiyaların olduğu serialları sevmirəm. Onlar yaxşı nümunə deyillər. Düşünürəm ki, zorakılığın artmasında belə serialların da rolu var".
Oxşar xəbərlər
Rusiya Ermənistandan karantin nəzarəti altında olan malların idxalını qadağan edib
Rusiya iyunun 12-dən etibarən Ermənistandan göndərilən və karantin nəzarətinə aid edilən bütün məhsulların ölkəyə idxalını, eləcə də bu məhsulların Rusiya ərazi...