Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il uzatdı
23
fev
2026
20:58
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il uzadıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi saytında dərc olunub.
"Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər haqqında qərar 2027-ci ilin fevralın 24-nə qədər uzadılıb", - deyə məlumatda bildirilib.
Qeyd olunur ki, ittifaq tərəfindən Rusiyaya tətbiq edilən bütün sanksiyaların qüvvədə saxlanılması məqsədəuyğun hesab edilib.
Qərar dərc olunduğu günün sabahı, yəni 2026-cı ilin fevralın 24-dən etibarən qüvvəyə minəcək.
Oxşar xəbərlər
Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında çıxış edib və bildirib ki, Türkiyənin əsas ar...