"Ana-oğul" arasındakı 9 yaş fərqi müzakirə yaratdı
Türkiyədə Burak Özçivitin baş rolunda çəkildiyi "Güneşin Doğduğu Yer" serialının çəkilişlərinə start verilib.
BAKU.WS xəbər verir ki, Adanada lentə alınan ekran işində Burak Özçivit, Beyza Gümülcine, Sibel Taşçıoğlu, Devrim Yakut və Görkem Sevindik daxil olmaqla bir sıra məşhur aktyorlar rol alır.
Serialda Burak Özçivit Kenan, Beyza Gümülcine isə Leyla obrazını canlandıracaq.
Ekran işində daha bir maraqlı məqam isə Burak Özçivitlə Sibel Taşçıoğlunun ana-oğul rolunda çıxış etməsidir. "Kızılcık Şerbeti" serialındakı Pembe obrazı ilə tanınan 50 yaşlı Sibel Taşçıoğlu, 41 yaşlı Özçivitin anasını canlandıracaq. İkilinin arasındakı 9 yaş fərqi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Serialın sentyabr ayında ATV-də yayımlanması planlaşdırılır.
Oxşar xəbərlər
Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər
Kreatin əlavəsi bağırsaq iltihabının beyində yaratdığı zədələnmələri azaltmağa kömək edə bilər. Siçanlar üzərində aparılan araşdırmada bu maddənin yaddaş və öyr...