Alış-veriş mərkəzində yıxılan aktrisanın başı yerə dəydi - Təcili yardım iki saata gəldi

Tanınmış aktrisa Hülya Koçyiğitin başına iş gəlib.
BAKU.WS xəbər verir ki, Londonda ticarət mərkəzində gəzən aktrisa qəfildən müvazinətini itirib və yıxılıb.
Arxası üstə yıxılan aktrisanın başı yerə dəyib. Hadisədən şok keçirən Hülya yerindən qalxa bilməyib. Dərhal təcili yardım çağırılıb. Lakin təcili yardım maşını iki saata gəlib.
Həmin vaxta ona ətrafdakı insanlar kömək etməyə çalışıb.
"Mənə kömək edən hamıya təşəkkür edirəm. Təcili yardımın gəlməsini 2 saat gözlədim. Türkiyədə 5 dəqiqə ərzində ən yaxın təcili yardım yaralanan şəxsə xəstəxanaya aparır. Ancaq uzun müddət mənə müdaxilə edilməyini gözlədim. Çətin bir proses yaşadım, çünki yanımda ailəmdən heç biri yox idi. Getdiyim xəstəxanada uzun müddət gözlədim, sonra rentgen çəkildi və heç bir təhlükənin olmadığını biləndə evə getdim" -deyə Hülya Koçyiğit qeyd edib.
Hazırda aktrisanın səhhətinin normal olduğu qeyd edilib.
Qalereya
Oxşar xəbərlər
İsrail isveçli ekofəalın olduğu gəminin Qəzzaya yaxınlaşmasına icazə verməyəcək
İsrail Müdafiə Qüvvələri göyərtəsində 12 fələstinpərəst fəalın, o cümlədən isveçli ekofəal Qreta Tunberqin olduğu "Madlin" adlı gəminin Qəzza zolağı sahillərinə...
