Alen Simonyan: Ermənistanın qonşulara ərazi iddiaları olmamalıdır
Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin qonşu dövlətlərə qarşı ərazi iddialarından imtina etməli olduğunu bildirib.
BAKU.WS yerli KİV-ə istinadən xəbər verir ki, spiker jurnalistlərə açıqlamasında qeyd edib ki, regionda elə münasibətlər formalaşdırılmalıdır ki, heç bir ölkə digərinə qarşı hərbi addım atmağı düşünməsin.
Onun sözlərinə görə, əsas məqsəd bölgədə sabitliyi qorumaq və yeni müharibə risklərinin qarşısını almaqdır.
Alen Simonyan əlavə edib ki, Ermənistanın yeni konstitusiyası yalnız ölkənin maraqları əsasında hazırlanır. O vurğulayıb ki, sənəd Ermənistanın regionda təhdid kimi qəbul olunmamasını təmin etməlidir.
Oxşar xəbərlər
Netanyahu: "Hizbullah" Livanda atəşkəsi pozaraq İsrail hərbçilərinə hücum edib
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, bu gün səhər "Hizbullah" Livanda atəşkəs rejimini pozaraq "Mavi xətt" daxilində İsrail hərbçilərinə hücum ed...