Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini təsdiqləyərək energetika və maliyyə sahələrinə yeni məhdudiyyətlər tətbiq edib

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini təsdiqləyərək energetika və maliyyə sahələrinə yeni məhdudiyyətlər tətbiq edib
Dünya 12

Avropa İttifaqı (Aİ) Şurası iyulun 23-ü Rusiyaya qarşı energetika, maliyyə və kriptovalyuta sektorlarına yönəlmiş 21-ci sanksiya paketini yekun olaraq təsdiqləyib, eləcə də son 4 ildə ən böyük fərdi məhdudiyyətlər paketini tətbiq edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, yeni tədbirlərə Aİ-nin qiymətləndirməsinə görə, Rusiya iqtisadiyyatı və Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsi üçün ən böyük əhəmiyyət kəsb edən sahələrə qarşı sərt iqtisadi sanksiyalar daxildir.

Eyni zamanda Aİ 48 fiziki şəxs və 170 təşkilat əlavə etməklə sanksiya siyahılarını 218 mövqedə genişləndirib.

Brüsseldən bildirilib ki, yeni paket Rusiya tərəfindən Ukraynanın mülki infrastrukturuna, o cümlədən enerji, mülki və tibb obyektlərinə, eləcə də mədəniyyət və dini müəssisələrə endirilən son zərbələrdən sonra Rusiyanın iqtisadiyyatını və ölkənin hərbi potensialını daha da zəiflətmək məqsədi daşıyır.

"Hər yeni sanksiya paketi ilə biz Rusiyaya qarşı təzyiqi gücləndiririk", - Avropa diplomatiyasının rəhbəri Kaya Kallas qeyd edib.

Aİ-dən bildirilib ki, ədalətli və uzunmüddətli sülhə gətirib çıxara biləcək məzmunlu danışıqların başlamasına, həmçinin müharibənin dayandırılmasına nail olmaq üçün Moskvaya qarşı iqtisadi təzyiqi qoruyub saxlamaq və gücləndirmək niyyətindədirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər