Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verdi
17
sen
2026
18:36
Müğənni Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, müğənni bu barədə Füzuli Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edib.
Müğənni bloqerin sosial şəbəkələrdə onun şərəf və ləyaqətini təhqir etdiyini bildirərək, Sevinc Hüseynovanın Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib.
Məlumata görə, müğənni bloqer barəsində mülki qaydada da iddia qaldırıb.
O, məhkəmə prosesi başa çatanadək Sevinc Hüseynovasının müğənninin adını çəkməməsini istəyib.
Oxşar xəbərlər
Ferhat Göçerin 20 yaşlı oğlu universiteti fərqlənmə diplomu ilə bitirdi
Məşhur müğənni Ferhat Göçerin 20 yaşlı oğlu Londonda universiteti fərqlənmə diplomu ilə bitirib. BAKU.WS xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabı...