Aİ Rusiyanın aktivlərini qaytarmayacaq
"Avropa İttifaqının xarici işlər nazirləri Rusiyanın aktivlərinin müsadirə edilməsi ilə bağlı qərar qəbul etməyiblər. Lakin Moskva Ukraynaya dəyən bütün zərərləri ödəməyənə qədər onları geri qaytarmamaq barədə razılığa gəliblər".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Kaya Kallas deyib.
"Bizə daha aydın strategiya lazımdır. Sülh razılaşması olanda necə hərəkət edəcəyimizi müəyyən etməliyik", - Kallas bildirib.
Qeyd edək ki, hazırda Rusiyanın 210 milyard avroluq suveren aktivləri Aİ tərəfindən bloklanıb.
Oxşar xəbərlər
Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında çıxış edib və bildirib ki, Türkiyənin əsas ar...