Aİ 1 600-dən çox Rusiya şirkətinə qarşı sanksiyalar hazırlayır
Avropa İttifaqı (Aİ) Rusiyanın hərbi potensialının dəstəklənməsi ilə əlaqəli olan 1 600-dən çox Rusiya şirkətini əhatə edə biləcək yeni sanksiyalar paketi hazırlayır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Qeyd olunub ki, paket qəbul olunarsa, sanksiyaya məruz qalan Rusiya təşkilatlarının sayı təxminən 50 % arta bilər.
Mənbələr vurğulayıblar ki, məhdudiyyətlərə məruz qala biləcək şirkətlərin ümumi illik dövriyyəsi 20 milyard dolları ötür, işçilərinin sayı isə 265 min nəfərdən çoxdur.
Yeni paket Aİ-nin Rusiyaya qarşı məhdudiyyətlərinin qüvvədə olduğu bütün müddət ərzində sanksiya siyahısına daxil edilən şirkətlərin sayına görə ən böyüyü olacaq. Bir sıra əvvəlki tədbirlərdən fərqli olaraq, o, ayrı-ayrı mallara və ya iqtisadiyyatın bütöv sahələrinə deyil, əsasən konkret təşkilatlara qarşı yönələcək.
Mənbələrin məlumatına görə, yeni paket üzərində iş bir neçə ay aparılıb. Rəsmi təklifin yaxın həftələrdə Aİ ölkələrinə təqdim ediləcəyi gözlənilir. Məqsəd sanksiyaların Aİ xarici işlər nazirlərinin oktyabrda keçiriləcək iclasında qəbul edilməsidir.
Bununla yanaşı, "Bloomberg" qeyd edir ki, yeni paket, ehtimal ki, Rusiyanın neft sektoruna və bank sisteminə toxunan əvvəlki məhdudiyyətlər qədər eyni iqtisadi təsir göstərməyəcək.
Oxşar xəbərlər
Gürcüstanın mədəniyyət naziri istefa verib
Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze istefa verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət Nazirliyinin məlumatında bi...