Ahmet Levendoğlu son mənzilə yola salındı
08
apr
2025
15:35
Mərhum aktyor Ahmet Levendoğlunun vida mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, sənətçinin yasında ailə üzvləri, yaxınları və tanınmış sənət dostları yer alıblar.
Onlar arasında Haluk Bilginer, Selçuk Yöntem, Oktay Kaynarca kimi məşhurlar olublar.
Aktyorla vida mərasimi İstanbuldakı "Atatürk Mədəniyyət Mərkəzi"ndə baş tutub.
Mərasimdən sonra sənətçi son mənzilə yola salınıb. Həmkarları aktyorun yaxınlarına onun tabutunu daşımaqda kömək ediblər.
Qeyd edək ki, A.Levendolu "Binbir Gece", "Küçük Kadınlar", "Kara Ekmek" kimi seriallarda rol alıb.
Oxşar xəbərlər
Husilər Səudiyyə Ərəbistanındakı "Saudi Aramco" obyektlərinə zərbə endirdiklərini iddia ediblər
Yəməndəki "Ənsar Allah" hərəkatının husiləri Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti "Saudi Aramco"nun Ər-Riyad və Xurays şəhərlərində yerləşən obyektlər...