Ağ Evin altındakı gizli bunker yenidən qurulur
Yeniliklərdən dərhal xəbərdar olun
Ağ Evin Şərq qanadının altında yerləşən gizli bunker yeni tələblərə uyğunlaşdırılaraq yenidən qurulur.
BAKU.WS xəbər verir ki, bu barədə CNN telekanalı məlumatlı mənbəyə istinadən xəbər yayıb. Bildirilib ki, təxminən 80 il əvvəl inşa edilmiş Şərq qanadında Prezident Donald Tramp üçün nəzərdə tutulan yeni və geniş bal zalının tikintisinə hazırlıq çərçivəsində yenidənqurma işləri aparılır. Bu proses zamanı tarixi əhəmiyyət daşısa da, artıq köhnəlmiş yeraltı tikililərin söküldüyü qeyd olunur.
Bunkerin yenilənməsi ilə bağlı planlar isə məxfi saxlanılır.
Mənbənin sözlərinə görə, hazırda sözügedən obyekt yenidən qiymətləndirilir və dəyişən təhlükə risklərinə qarşı mübarizə aparmaq məqsədilə müasir texnologiyaların tətbiqi nəzərdə tutulur.
Layihə ilə bağlı ictimaiyyətə demək olar ki, heç bir detallı məlumat açıqlanmayıb. Ağ Ev də CNN-in sorğusuna şərh verməkdən imtina edib.
Telekanal əlavə edir ki, Paytaxtın Planlaşdırılması üzrə Milli Komissiyanın bal zalı layihəsinin müzakirə edildiyi son iclasında Ağ Evin idarəetmə və administrasiya üzrə direktoru Coşua Fişer ümumi şəkildə bildirib ki, bu layihə "kritik funksiyaların təkmilləşdirilməsinə", "zəruri təhlükəsizlik tədbirlərinin təmin olunmasına" və "gələcək missiya tələblərinə uyğun etibarlı və çevik infrastrukturun yaradılmasına" xidmət edəcək.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...