Ağ Ev yaxınlığında silahlı insident: Silahlı şəxs zərərsizləşdirildi
Vaşinqtonda Ağ Evin yaxınlığında silahlı insident baş verib.
BAKU.WS xəbər verir ki, ABŞ Məxfi Xidməti hadisədən sonra ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib və jurnalistlər müvəqqəti olaraq təxliyə olunub.
Məlumata görə, naməlum şəxs Ağ Ev kompleksinin yaxınlığındakı yoxlama məntəqəsinə yaxınlaşaraq atəş açıb. Gizli Xidmət əməkdaşlarının cavab atəşi nəticəsində hücumçu yaralanıb və xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı bir nəfərin də yaralandığı bildirilir. Məxfi Xidmət əməkdaşlarının isə xəsarət almadığı açıqlanıb.
ABŞ Prezidenti Donald Tramp insident zamanı Ağ Evdə olub və təhlükəsiz əraziyə yerləşdirilib. Onun xəsarət almadığı qeyd olunur.
Federal Təhqiqat Bürosu (FTB) əməkdaşlarının da hadisə yerinə cəlb olunduğu və araşdırmaların davam etdiyi bildirilib.
🚨🇺🇸 BREAKING: Footage from the White House reportedly shows a single law enforcement officer walking down the driveway.
— Mario Nawfal (@MarioNawfal) May 23, 2026
It may signal the immediate situation is contained, though nothing official has been confirmed.
Still developing. https://t.co/DE0LtGQ2mJ pic.twitter.com/87o3ejkPI9
Oxşar xəbərlər
Abbas Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək
İran bundan sonra da "Hizbullah" qruplaşmasını dəstəkləyəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, İran xarici işlər naziri Abbas Əraqçinin Livanın "...