Ağ Ev Qrenlandiyanın tam dəyərini hesablayır
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın komandası Qrenlandiyanın mümkün alınması halında onun saxlanma xərclərini araşdırır.
BAKU.WS xəbər verir ki, The Washington Post qəzetinin Ağ Evdəki mənbələrə istinadən verdiyi məlumata görə, hesablamalara 58 min adanın sakinləri üçün dövlət xidmətlərinin dəyəri də daxildir.
ABŞ-nin, Danimarkanın Qrenlandiyaya ayırdığı illik 600 milyon dollarlıq subsidiyadan daha sərfəli şərtlər təklif edəcəyi bildirilir. Bununla yanaşı, Tramp administrasiyası adanın təbii ehtiyatlarının hasilatının ölkəyə gətirə biləcəyi iqtisadi faydaları da hesablayır.
Buna baxmayaraq, Qrenlandiya rəhbərliyi adanın satılmasına qarşı çıxır. Lakin martın 27-29-da vitse-prezidentin xanımı Uşa Vens də daxil olmaqla ABŞ nümayəndə heyətinin Qrenlandiyaya səfəri baş tutub.
Oxşar xəbərlər
Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi
Ağ Evin yeni aparat rəhbəri Stiven Miller olacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında...