Adam Kadırovun 18 yaşını qeyd etməsinin ilk görüntüləri yayıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Çeçenistan rəhbəri Ramzan Kadırov oğlu Adamın 18 yaşının qeyd etməsinin ilk görüntüləri yayımlayıb.
BAKU.WS xəbər verir ki, görüntülər Ramzan Akdırovun "Telegram" kanalında paylaşılıb.
Kadırov böyük oğlu ilə ABŞ-dan olan qarışıq döyüş növləri (MMA) idmançısı Con Cons (Jon Jones) arasında baş tutan görüşü göstərib. Məşhur döyüşçü Adamı təbrik etmək üçün Qroznıya gəlib. Kadırovun oğlu da videoda görünür.
O, üzərində "Dustum" sözünün yazıldığı sviter geyinib. Bu ləqəbi Adam atası kimi özünə təxəllüs olaraq götürüb.
Yayımlanan kadrlardan görünür ki, qonaqlar üçün süfrə açılıb. Tədbir zamanı dəvət olunanlar qarşısında müğənni çıxış edib. "Günü onun oğlunun 18 yaşını qeyd etməklə keçirdim, ekzotik silahlardan atəş açdım. Mənə heç vaxt bu qədər çox yemək verilməmişdi, kral kimi qidalandım", -deyə Cons səfəri barədə danışıb.
Oxşar xəbərlər
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
Rusiyanın Sankt-Peterburq şəhərində 28 yaşlı azərbaycanlı Yaqub Süleymanov keçmiş sevgilisini qətlə yetirməkdə şübhəli bilinir. BAKU.WS-in məlumatına görə, hadi...