Acun Ilıcalının milyarder dostuna qarşı 400 milyon dolarlıq DƏLƏDUZLUQ

Acun Ilıcalının milyarder dostuna qarşı 400 milyon dolarlıq DƏLƏDUZLUQ
Dünya 170

 İş adamı Acun Ilıcalının milyarder dostu Rikardo Salinas Plieqo dələduzluqla üzləşib. 

BAKU.WS xəbər verir ki, Meksikalı media patronu 2021-ci ildə 'Bitkoin"ə görə 400 milyon dollarlıq kredit axtarmağa başlayıb. 

Ona ABŞ-nin adlı-sanılı ailələrindən olan "Astor"lara aid "Astor Capital Fund" məsləhət görülüb. 

Özünü "Thomas Astor Mellon" kimi təqdim edən şəxs Plieqo ilə lüks yaxtadan görüntülü danışıb. 

Bundan sonra o "Astor"lara aid saxta möhürlə sənəd imzalayıb. 3 il sonra isə dələdüzluqla üzləşdiyini və 400 milyon dollarını itirdiyini anlayıb. 

Sözügedən şəxslərin izinə düşən polis onların dələduz olduğunu müəyyən edib.

Plieqo hadisədən sonra verdiyi açıqlamada "Özümü əsl axmaq kimi hiss edirəm" deyə bildirib. 

Son xəbərlər