ABŞ USAID əməkdaşlarını öz hesablarına məzuniyyətə göndərir
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) fevralın 8-dən etibarən vacib vəzifələrdə çalışmayan, rəhbər heyətə daxil olmayan və xüsusi proqramlara cavabdeh olmayan əməkdaşlarını inzibati məzuniyyətə göndərəcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat USAID-in rəsmi internet saytında yayımlanıb. Bildirilir ki, işinə davam edəcək əməkdaşlara bu gecə xəbərdarlıq ediləcək və xaricdə çalışanların ABŞ-yə qayıtması üçün plan hazırlanır.
Yanvar 2025-də yayımlanan ABŞ Konqresi Araşdırma Xidmətinin hesabatına görə, USAID-in 10 mindən çox əməkdaşının üçdə ikisi 60-dan çox ölkə və regional missiyada çalışır.
USAID-in bağlanacağı ilə bağlı iddialar
Mövzu ABŞ-də geniş müzakirələrə səbəb olub. ABŞ Prezidenti Donald Tramp 21 yanvarda vəzifəyə başladıqdan dərhal sonra xarici yardımlarla bağlı sərəncam imzalayıb. Sənəddə xarici ölkələrə edilən ödəmələrin dayandırılacağı və 90 günlük araşdırma aparılacağı bildirilib.
ABŞ Dövlət Departamenti isə 27 yanvarda USAID və departamentin maliyyələşdirdiyi bütün xarici yardımların dayandırıldığını açıqlayıb.
Eyni zamanda, Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri Elon Musk USAID rəhbərliyi ilə problemlər yaşadığını və keçən həftə əməkdaşların inzibati məzuniyyətə göndərildiyini elan edib.
Tramp və Musk son açıqlamalarında USAID-in bağlanmasının zəruri olduğunu bildiriblər.
Oxşar xəbərlər
Zelenskidən acı etiraf
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiya ilə münaqişə zamanı itirdiyi əraziləri geri qaytara bilməyəcəyini etiraf edib. BAKU.WS xəbər verir ki, o,...