ABŞ-nin bu ştatında qanunsuz miqrasiyaya qarşı ən böyük əməliyyat keçirilib

ABŞ-nin bu ştatında qanunsuz miqrasiyaya qarşı ən böyük əməliyyat keçirilib
Dünya 24

ABŞ-nin federal hüquq-mühafizə orqanları Minnesotada qeyri-qanuni miqrantlara qarşı indiyədək keçirilmiş ən iri əməliyyatlardan birini həyata keçirib.

BAKU.WS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat çərçivəsində 4 mindən çox qeyri-qanuni miqrant saxlanılaraq ştatdan çıxarılıb. Onların arasında qətl və zorakılıq cinayətlərində ittiham olunan şəxslər, dəstə üzvləri və terror fəaliyyəti ilə əlaqəli şəxslərin olduğu qeyd edilib.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi yanvarın sonunda – əməliyyatın miqyası azaldılmazdan əvvəl – 3 min qeyri-qanuni miqrantın saxlanıldığını açıqlamışdı və bu əməliyyatı ölkə tarixində ən böyüyü kimi qiymətləndirmişdi. "Metro Surge" əməliyyatının başlanması barədə 2025-ci ilin dekabrında elan edilib.

Son xəbərlər