ABŞ hökumət saytları ardıcıl olaraq fəaliyyətini dayandırır
 
                            ABŞ-də bir neçə hökumət saytı, o cümlədən USAID.gov, ForeignAssistance.gov və ChildrenInAdversity.gov gözlənilmədən oflayn rejimə keçib.
BAKU.WS xəbər verir ki, WIRED nəşrinin araşdırmasına görə, USAID serverləri ilə bağlı bir neçə sayt şənbə günü iki saat ərzində yoxa çıxıb.
Bu hadisə Tramp administrasiyasının federal agentliklərə gender ideologiyasını təbliğ edən materialları 31 yanvara qədər silmək göstərişi ilə əlaqələndirilir. USAID əməkdaşlarının bəzilərinə sistemlərə girişin qadağan edildiyi, mühüm sənədləri xilas etməyə çalışdıqları bildirilir.
Digər hökumət saytları, o cümlədən HealthData.gov və Vaccines.gov da qısamüddətli fəaliyyətini dayandırıb. ProsperAfrica.gov isə yeni sərəncamlara görə "yenidən nəzərdən keçirildiyini" açıqlayıb.
Oxşar xəbərlər
ABŞ Venesuelaya zərbə endirməyi planlaşdırmır
ABŞ Prezidenti Donald Tramp Venesuela ərazisinə zərbə endirməyi düşünmədiyini bildirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliy...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                    