ABŞ-də USAID əməkdaşlarına daxili sənədləri məhv etmək tapşırığı verildiyi iddia olunur
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərliyinin əməkdaşlara daxili sənədlərin, o cümlədən personal məlumatları və məxfi materialların məhv edilməsi barədə göstəriş verdiyi iddia edilir.
BAKU.WS xəbər verir ki, The Washington Post-un əldə etdiyi e-poçta əsaslanan məlumata görə, USAID-in yüksək vəzifəli əməkdaşı Erika Karr agentliyin Vaşinqtondakı mərkəzindəki qeydiyyat sənədlərinin məhv edilməsi barədə tapşırıq verib. Xüsusilə personal məlumatları və məxfi sənədlərin yandırılması və ya parçalanması tələb edilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 20 yanvarda vəzifəsinin icrasına başladıqdan dərhal sonra xarici yardımlarla bağlı fərman imzalamışdı. Sənəddə ABŞ-nin beynəlxalq inkişaf yardımı proqramlarından məsul qurumlarının digər ölkələrə ödənişləri dayandıracağı və bu proqramların ABŞ-nin xarici siyasətinə uyğunluğunun 90 gün ərzində yenidən qiymətləndiriləcəyi bildirilirdi.
Oxşar xəbərlər
Kadırovun oğlu Rusiyada nasizmə qarşı mübarizədan danışdı
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu və ölkənin Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Adam Kadırov Rusiyanın daxilində nasizmə və nifrət ideologiy...