Gürcüstan sərhədlərini ilk mərhələdə öz vətəndaşları üçün açacaq

27
may
2020
20:03
“Gürcüstan sərhədlərini açandan sonra ilk mərhələdə ölkə və ikili vətəndaşlığı olan şəxsləri qəbul edəcək”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, sərhədlərin açılması şəraitində əlavə risklər yaranacaq:
“Biz ölkəni həmişəlik bağlaya bilmərik. Yaxın günlərdə Tbilisi-Amsterdam və Tbilisi-Vyana istiqamətləri üzrə reyslər həyata keçiriləcək”.
Baş nazir qeyd edib ki, sərhədlər mərhələli şəkildə açılacaq: “Mərhələlər arasında müddət elə olacaq ki, inkubasiya dövrünə nəzarət mümkün olsun”.
Oxşar xəbərlər
Qonşu ölkələrdə son vəziyyət: Azərbaycan aprelin 20-dən sonra karantini uzadacaq?
4 aydır bütün dünyada yayılan koronavirus pandemiyası səbəbindən milyardlarla insana sosial izolyasiya tədbirləri tətbiq olunub. BAKU.WS xəbər verir ki, bəzi öl...