Ermənistan gələn ilin oktyabrına qədər "Ermənistan Elektrik Şəbəkələri"ni milliləşdirmək niyyətindədir

Ermənistan gələn ilin oktyabrına qədər Ermənistan Elektrik Şəbəkələrini milliləşdirmək niyyətindədir
Siyasət 6

Ermənistan hökuməti iş adamı Samvel Karapetyana məxsus "Ermənistanın Elektrik Şəbəkələri" şirkətinin səhmlərinin 100%-nin dövlətə verilməsini və milliləşdirmə prosesinin 2027-ci il oktyabrın 1-dək başa çatdırılmasını təklif edir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, müraciətə baxılma sentyabrın 24-dək davam edəcək.

Layihəyə əsasən, səhmləri Ermənistan alacaq, milliləşdirmə prosesini isə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi əlaqələndirəcək.

Prosesin 2027-ci il iyulun 1-dək başlanması planlaşdırılır.

Sənəddə milliləşdirmənin məqsədləri kimi dövlətin və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının və qanuni mənafelərinin qorunması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı, eləcə də sosial və strateji obyektlərin normal fəaliyyəti göstərilib.

Bununla yanaşı, Ermənistan qanunvericiliyinə uyğun olaraq mülkiyyətçilərə əvvəlcədən və bərabərdəyərli kompensasiya ödəniləcək.

Son xəbərlər