SİZİN REKLAM BURADA!
055 213 76 73


“Pakistan Hava Yolları” (Pakistan International Airlines) şirkətinə məxsus "Airbus 320" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 107 nəfər həyatını itirib. 

BAKU.WS xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. 

Məlumata görə, Karaçi şəhərində baş verən qəza zamanı 99-u sərnişin və 8-i ekipaj üzvü olan sərnişin təyyarəsindəki hər kəs həlak olub.

*** 14:27

“Pakistan Hava Yolları”na məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

BAKU.WS xəbər verir ki, bu barədə GEO telekanalı məlumat yayıb. 

Qəza ölkənin Karaçi şəhərinin yaxınlığında qeydə alınıb. Təyyarənin göyərtəsində 95 nəfər olub. Ölənlərin sayı məlum deyil.

BAKU.WS
VİDEO