Naxçıvanda bəzi ərazilərdə qaz təchizatı dayandırıldı
10
sen
2026
10:39
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad və Culfa rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 10-u saat 10:00-dan etibarən, Ordubad rayonu, Culfa rayonunun Yaycı, Dizə, Gal və Şurud kəndləri, həmçinin Culfa şəhərinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılıb.
Qazın verilişi işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.
Oxşar xəbərlər
Emin Əmrullayev beynəlxalq əməkdaşlıqda təhsilin rolundan danışıb
Azərbaycan təhsilə beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi kimi yanaşır, bu siyasətin əsas mexanizmlərindən biri isə əcnəbi tələbələr üçün qrant proqramlar...