“Boeing 737 MAX”ın proqram təminatında yenidən qüsurlar aşkarlanıb

“Boeing 737 MAX”ın proqram təminatında yenidən qüsurlar aşkarlanıb
Siyasət 276

"Boeing" şirkətinin mühəndisləri "737 MAX"ın proqram təminatında yeni problemlərlə rastlaşıblar.

BAKU.WS-in məlumatına görə, bu barədə ABŞ-ın Federal Aviasiya Administrasiyasının (FAA) rəhbəri Stiven Dikson deyib.

Bildirilir ki, nasazlıq sabitləşmə sisteminin indikatorundadır.

S.Dikson qüsurun təyyarə istismara qaytarılmazdan əvvəl aradan götürülməsinin vacibliyini qeyd edib.

Yanvarın 21-də "Boeing" aviaşirkəti "737 MAX"ın buraxılışının qeyri-müəyyən müddətə dayandırılması xəbərini yayıb.

Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi 2019-cu il martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bundan əlavə 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü dünyasını dəyişib.

Son xəbərlər