176 nəfərin öldüyü təyyarə qəzasının yeni görüntüləri yayıldı - VİDEO

176 nəfərin öldüyü təyyarə qəzasının yeni görüntüləri yayıldı - VİDEO
Video
Siyasət 1050

Kiyevə uçan Ukraynan Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737" təyyarəsinin qəzaya uğraması ilğ bağlı yeni görüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə BBC-nin İrandakı müxbiri Əli Haşim video paylaşıb.

Görüntülərdə təyyarənin Tehran səmasında yerə çırpılması öz əksini tapıb.

Video avtomobildəki kamera tərəfindən lentə alınıb. Təyyarənin qəzaya uğramasından təxminən 56 saniyə əvvəl alov içində uçduğu aydın görünür.

Qeyd edək ki, Kiyevə uçan Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737" təyyarəsi yanvarın 8-də səhər tezdən Tehran hava limanından havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Təyyarədə olan 167 sərnişin və 9 ekipaj üzvünün hamısı həyatını itirib.

Son xəbərlər