Ukrayna: İrandakı təyyarə "Tor" kompleksi ilə vurula bilər
İranda Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasının mümkün səbəblərindən biri Rusiyanın "Tor" zenit-raket kompleksindən açılan atəş ola bilər.
BAKU.WS xəbər verir ki, bu sözləri Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (DQMŞ) rəhbəri Aleksey Danilov bildirib.
O, əlavə edib ki, versiya üzərində araşdırmalar aparılır: "Fövqəladə vəziyyətin bütün hallarını araşdırmaq üçün İrana göndərilən ukraynalı mütəxəssislər raket qalıqlarını axtaracaqlar. Kiyevdən Tehrana gedən mütəxəssislər arasında 2014-cü ildə Malayziya məxsus təyyarənin Donbass üzərindəki qəzasnı araşdıran qrup da var".
Qeyd edək ki, Kiyevə uçan Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737" təyyarəsi yanvarın 8-də səhər tezdən Tehran hava limanından havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Təyyarədə olan 167 sərnişin və 9 ekipaj üzvünün hamısı həyatını itirib.
Oxşar xəbərlər
İranda 176 nəfərin öldüyü təyyarənin partlayış anı - VİDEO
Ukraynanın sərnişin təyyarəsinin İranda qəzaya uğrama anını əks etdirən görüntülər yayılıb. BAKU.WS xəbər verir ki, Tehran yaxınlığında qəzaya uğrayan təyyarə...