"Kəlbəcər" tankeri 5 ildə 446 min tondan çox neft daşıyıb

Kəlbəcər tankeri 5 ildə 446 min tondan çox neft daşıyıb
İqtisadiyyat 7

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Kəlbəcər" tankerinin istismara verildiyi beş il ərzində 446 235 ton neft və neft məhsulu daşınıb.

Bu barədə BAKU.WS-ə ASCO-dan məlumat verilib.

Bildirilib ki, istismar müddəti ərzində "Kəlbəcər" tankeri ilə müxtəlif limanlara ümumilikdə 72 səfər həyata keçirilib.

ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda (BGZ) inşa olunan gəmi 10 sentyabr 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Yeni nəsil tankerin uzunluğu 141, eni 16,9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 uzel sürətlə hərəkət edə bilir. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9 212 kubmetr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7 875 ton, çayda 5 447 tondur.

"Kəlbəcər" tankeri istifadəyə verildiyi tarixdən indiyədək Azərbaycan bayrağı altında beynəlxalq sularda fəaliyyət göstərir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər