Ərdoğan və Tramp telefonla koronavirusla mübarizə tədbirlərini müzakirə ediblər

ABŞ və Türkiyə prezidentləri - Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.
BAKU.WS-in məlumatına görə, dövlət başçıları dünyanı cənginə alan COVID-19 virusu ilə bağlı da fikir mübadiləsi aparıblar.
Söhbət zamanı qeyd olunub ki, bu xəstəliyə yalnız ümumdünya həmrəylik və əməkdaşlıq yolu ilə qalib gəlmək mümkündür. Epidemiyanın müxtəlif təsirlərini nəzarətə götürmək üçün məlumat və təcrübə mübadiləsi aparmaq qərarlaşdırılıb.
Həmçinin Ağ Evdən də yayılan açıqlamada iki dövlət başçısının yeni koronavirusla mübarizədə və dünya iqtisadiyyatının dəstəklənməsinə yönələn beynəlxalq səylərdə yaxından iştirak etmək məsələsində razılığa gəldikləri qeyd olunur.
Prezidentlərin Suriya və Liviya başda olmaqla münaqişə baş verən ölkələrdə atəşkəsə nail olmağın və sülhə yönələn addımların əvvəlkindən daha mühüm əhəmiyyət daşıdığı barədə də yekdil fikirə gəldikləri vurğulanıb.
Oxşar xəbərlər
Koronavirusla bağlı hər kəsi maraqlandıran 17 CAVAB - VİDEO
Çindən dünyaya yayılan koronavirus epidemiyası barədə yenilənmiş məlumatlar hazırlanıb. BAKU.WS xəbər verir ki, bu barədə İstanbul Universitetinin Cərrahpaşa Ti...
