Bakı dayanacaqları ilə bağlı ŞOK RƏQƏM: Yarısı standartlara cavab vermir?
Bakıda ictimai nəqliyyat sisteminin əsas elementlərindən biri avtobus dayanacaqlarıdır. Son illər paytaxtda avtobus parkının yenilənməsi ilə yanaşı, sərnişinlərin gözləmə şəraitinin yaxşılaşdırılması və dayanacaq infrastrukturunun müasirləşdirilməsi istiqamətində də işlər aparılır.
BAKU.WS-in məlumatına görə, hazırda şəhərin müxtəlif ərazilərində fərqli tip və vəziyyətdə dayanacaqlara rast gəlinir. Bəzi məntəqələr müasir tələblərə uyğun pavilyon, oturacaq, məlumat lövhəsi və digər imkanlarla təchiz edilsə də, bir sıra dayanacaqlarda infrastrukturun yetərli olmadığı müşahidə olunur.
Maraqlıdır ki, paytaxtda ümumilikdə neçə avtobus dayanacağı mövcuddur? Onlardan neçəsi müasir standartlara cavab verir? Son bir ildə neçə yeni avtobus dayanacağı quraşdırılıb və neçə dayanacaq yenilənib?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərində avtobus dayanacaqlarının müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər mərhələli şəkildə davam etdirilir:
"Dayanacaq məntəqələrinin təşkili və pavilyonların quraşdırılması zamanı sərnişin tələbatı, yol hərəkətinin təhlükəsizliyi, mövcud səki şəraiti və qüvvədə olan standartların tələbləri əsas götürülür.
Hazırda Bakı şəhərində 3397 dayanacaq məntəqəsi mövcuddur və müvafiq nişanla təchiz edilib. Dövlət Standartına (AZS 954-2024) əsasən, səki şəraiti və əhalinin gediş-gəlişi nəzərə alınaraq bu məntəqələrdə indiyədək 1409 müasir tipli pavilyon quraşdırılıb".
Orxan Hüseyn
Oxşar xəbərlər
Paytaxtda sürücülərin nəzərinə: Yol təmirə bağlandı, alternativ marşrutda sıxlıq yarandı
Suraxanı rayonu, Elzar Yusubov küçəsində, "Qərib Ağa Məscid"nin yaxınlığında təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu barə...