AFFA prezidenti Rövşən Nəcəf "Sabah"a Çempionlar Liqasında uğurlar arzulayıb
AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan çempionu "Sabah" futbol klubuna UEFA Çempionlar Liqasının əsas mərhələsində uğurlar arzulayıb.
BAKU.WS xəbər verir ki, qurum rəhbəri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Azərbaycan çempionu "Sabah" futbol klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayır.
Komandamıza bu nüfuzlu turnirdə uğurlar arzulayıram. İnanıram ki, futbolçularımız əzmkar mübarizə və baxımlı oyun nümayiş etdirərək azarkeşlərə əsl futbol həyəcanı yaşadacaqlar", – deyə R. Nəcəf bildirib.
Qeyd edək ki, "Sabah" qitənin ən nüfuzlu klub turnirində ilk oyununu səfərdə İngiltərə təmsilçisi "Mançester Yunayted"ə qarşı keçirəcək. Sözügedən görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Azərbaycan çempionu “Sabah” futbol klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayır. Komandamıza bu nüfuzlu turnirdə uğurlar arzulayıram. İnanıram ki, futbolçularımız əzmkar mübarizə və baxımlı oyun nümayiş etdirərək azarkeşlərə əsl futbol həyəcanı yaşadacaqlar. #AFFA Azerbaijani champions Sabah FC begin their campaign in the league phase of the UEFA Champions League today. I wish our team every success in this prestigious competition. I am confident that our players will show great determination, play exciting football and give the fans a true taste of Champions League action.
— Rovshan Najaf (@RovshanNajaf) September 10, 2026
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Mançester Yunayted" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda qarşılaşacaq "Mançester Yunayted" (İngiltərə) və "Sabah" komandalarının start heyətləri açıqlanıb. BAKU.WS...