ABŞ səfirinin səfəri Cənubi Qafqazda nəyi dəyişə bilər?

ABŞ səfirinin səfəri Cənubi Qafqazda nəyi dəyişə bilər?
Video
Siyasət 18

ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allenin Azərbaycana səfəri və xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşü TRIPP layihəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Milli Məclisin Baku TV-yə danışan deputatı Hikmət Babaoğlu hesab edir ki, səfərin əsas səbəblərindən biri TRIPP marşrutunun icra mərhələsinə keçidi ilə bağlı proseslər ola bilər:

"Gəlişin səbəbi heç şübhəsiz ki, TRIPP marşrutunun önümüzdəki bir neçə aydan sonra icra mərhələsinə keçməsi ilə bağlıdır. ABŞ və Ermənistan arasında layihə üzrə pay bölgüsü olduğuna görə Azərbaycan tərəfinin də məlumatlandırılması və prosesə cəlb olunması vacibdir". Deputatın sözlərinə görə, Allenin Bakıya səfəri avqustun 8-də ABŞ-də keçirilmiş Azərbaycan-Ermənistan-ABŞ üçtərəfli görüşünün davamı kimi qiymətləndirilə bilər: "Azərbaycanın iştirakçılığı burada şərtdir və vacibdir. Çünki TRIPP marşrutunun həm giriş, həm də çıxış nöqtəsi Azərbaycanla bağlıdır".

Hikmət Babaoğlu bildirib ki, Ermənistan tərəfinin hüquqi prosedurları tamamlaması layihənin reallaşmasına doğru atılan mühüm addımlardan biridir. Onun fikrincə, prosesin 2027-ci ilin əvvəlindən icra mərhələsinə keçməsi mümkündür. Deputat Azərbaycanın layihədə iştirakının müxtəlif formalarda gündəmə gələ biləcəyini də qeyd edib:

"Marşrutu inşa edəcək və bunu ən ucuz şəkildə həyata keçirə biləcək şirkətlər Azərbaycandadır. Digər tərəfdən, səhmlərin bölüşdürülməsi məsələsində də yeni yanaşmalar ola bilər. Azərbaycanın burada iştirakının hansı şəkildə olacağı müzakirə edilə bilər".

Son xəbərlər