8 yaşlı Narinin ölümünə ETİRAZ ETDİLƏR: "Ayıb olsun!"

8 yaşlı Narinin ölümünə ETİRAZ ETDİLƏR: Ayıb olsun!
Foto
Dünya 275

19 günlük axtarışlardan sonra cansız bədəni çay yatağındakı torbadan tapılan 8 yaşlı Narin hər kəsi göz yaşına boğub.

BAKU.WS xəbər verir ki, yerli vətəndaşlarla yanaşı, türkiyəli məşhurlar da onun ölümünə reaksiyasız qalmayıblar.

Meqastar Tarkan:

"Bir gül qoxlayıb, heyvan sahiblənib, bir neçə insanı tanıyıb, sevib bu dünyadan köçəcəkdik. Ömrümüz necə pis bir dövrə təsadüf etdi. Vicdansızların, azğınların, qatillərin, nifrət və cəhalətin ortasına düşdük".

8 yaşlı Narinin ölümünə ETİRAZ ETDİLƏR:

Aktrisa Aydan Şener:

"Kaş ki, insanlıq məhv olsa, bu dünyaya yalnız xeyirxah qəlbli, mühafizəsiz canlıları öldürməyən, mərhəmətli, sevgi dolu varlıqlar gəlsə... Ayıb olsun"

8 yaşlı Narinin ölümünə ETİRAZ ETDİLƏR:

Müğənni Gülben Ergen:

"Narinin cansız bədəni kəndin 3 kilometr yaxınlığındakı çay yatağında torbanın içində tapıldı. Elə? Yəni əvvəl kəndə 3 kilometr məsafədəki çay yatağın abaxmadılar? Kimsə saxlayıb sonradan onu çay yatağına qoymuş olmasın?".

8 yaşlı Narinin ölümünə ETİRAZ ETDİLƏR:

Xatırladaq ki, 19 günlük axtarışlardan sonra meyiti tapılan Narinə görə ittiham edilən şəxslərin sayı 24-ə çatıb.

Nəzarətə alınanlar arasında Narin Güranın anası, atası, iki böyük qardaşı, üç əmisi və əmisi S.G.-nin də anası var.

Şübhəlilər barəsində jandarmada əməliyyatlar davam etdirilir. İlkin ehtimallara görə Narin Güran boğularaq öldürülüb.

8 yaşlı Narinin ölümünə ETİRAZ ETDİLƏR:

Son xəbərlər