8,7 bal gücündə zəlzələ zamanı cərrahlar əməliyyatı dayandırmadılar - ANBAAN GÖRÜNTÜ
Rusiyanın Kamçatka yarımadasında 8,7 maqnitudalı zəlzələdən yeni görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, xəstəxanalardan birində həkimlər anidən zəlzələni hiss edirlər. Tibb müəssisəsi 8,7 bal gücündə zəlzələnin təsirindən xeyli müddət silkələnib. Cərrahlar əməliyyatı dayandırmayıblar.
Həmin vaxt yaşananalar təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib.
Xatırladaq ki, Rusiyanın Uzaq Şərqində yerləşən Kamçatkada maqnitudası 8,7 olan zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı Teleqram kanalında məlumat yayıb.
ABŞ-ın Honolulu Fövqəladə Hallar İdarəsi zəlzələnin yaratdığı sunami dalğaları təhlükəsi səbəbindən Havay adalarının bəzi sahil ərazilərinin təxliyə edilməsinə çağırıb.
Yaponiyanın Baş naziri Şigeru İşiba əhaliyə müraciət edərək, sunami xəbərdarlığı olan ərazilərdən təxliyə olunmağa çağırıb.
Oxşar xəbərlər
Genişmiqyaslı korrupsiya əməliyyatı: Deputatın evindən qızıldan alt paltarı tapıldı
İraqda genişmiqyaslı korrupsiya əməliyyatı həyat keçirilib. BAKU.WS xəbər verir ki, dövlət vəsaitlərinin mənimsənilməsi və korrupsiya ittihamları ilə bağlı baş...